İyulun 5-də Kipr Respublikasında Ermənistan-Yunanıstan-Kipr üçtərəfli müdafiə məsləhətləşmələri keçirilib.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan tərəfdən məsləhətləşmələrdə ER Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Tərəflər üç ölkənin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin gücləndirilməsi üçün birgə addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər.