backend

Yumurtanın süni olduğunu necə bilək? – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Satışda süni yolla hazırlanan yumurtalar var. Bakı Şəhər Baytarlıq İdarəsi faktı təsdiqləyib. Adətən plastik maddə təsiri bağışlayan bu yumurtalar insan sağlamlığı üçün də zərərlidir. 

Satışda süni yolla hazırlanan yumurtalar var. Bakı Şəhər Baytarlıq İdarəsi faktı təsdiqləyib. Adətən plastik maddə təsiri bağışlayan bu yumurtalar insan sağlamlığı üçün də zərərlidir.

TİA.AZ-ın məlumatına görə, “XəzərXəbər” süni yumurtaları əsl yumurtadan fərqləndirməyin yollarını da araşdırıb.

Qırılan yumurtanın sarısı bu videonu izləyənləri təəccüb içində qoyur. Buna səbəb yumurta sarısına əllə toxunulmasına baxmayaraq formasını itirməməsi və sanki plastik maddə təsiri bağışlamasıdır.

Bakının Sabunçu rayonu ərazisindəki marketlərdən birindən alınan bu yumurtanın süni olmasını Bakı Şəhər Baytarlıq İdarəsinin nümayəndəsi “XəzərXəbər”ə müsahiəbsində təsdiq edib.

Mütəxəssisin sözlərinə görə, belə yumurtadan istifadə etmək insanların sağlamlığına zərər vura bilər.

Bəs təbii yumurtanı sünisindən necə ayırd etmək olar?

Suni yumurtaların Çin Xalq Respublikasından ölkəyə gətirildiyi idddia edilir. məsələ ilə bağlı rəsmi açıqlama verən Dövlət Gömrük Komitəsindən isə bildirirlər ki, bu ölkədən ümumiyyətlə Azərbaycana yumurta gətirilmir. Bakı Şəhər Baytarlıq İdarəsi və Quşçular Cəmiyyətindən isə bildirdilər ki, Azərbaycanda süni yumurta istehsalı yoxdur. Görüntülərdəki süni yumurta Azərbaycana xaricdən gətirilib. maraqlısı budur ki, Xaricdən gətirilən yumurtalar Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yoxlanıldıqdan sonra ölkəyə buraxılır. Bəs maraqlıdır, görəsən onda bu süni yumurtalar Azərbaycan bazarına necə yol tapıb?