Gündəlik istifadə edilən, səhər yeməklərinin əvəzedilməz qidası və uşaqlara ən çox yedirdiyimiz yumurtanın saxlanma şəkli və müddətinə çox vaxt fikir vermirik. Adətən sayca çox aldığımız yumurtalar günlərlə soyuducuda qalır, lazım olduqca istifadə edirik. Ancaq mütəxəssislər bildirir ki, yumurtanın da soyuducuda saxlanma müddəti var.
Tribunainfo.az xəbər verir ki, təzə olduğuna əmin olduğumuz yumurta soyuducuda 4 həftədən çox saxlanılmamalıdır. 1 ay ərzində istifadə edilməyən yumurtanın atılması məsləhətdir. Alarkən xüsusilə fikir vermək lazımdı ki, yumurtanın qabığında çat olmasın. Bu zaman onun keyfiyyəti itir.
Qaynadılmış yumurtanı isə soyuducuda maksimum 1 həftə saxlamaq olar.