backend

Yumurtalamağa hazırlaşan nəhəng ilanı yardılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyadakı kəndlərdən birinin sakinləri qarnı şişmiş sürünəni gördükləri zaman mal-qaranın itməsində onun günahkar olduğunu düşünüblər. İlanı təqib edərək öldürüblər, daha sonra isə yaranmış mənzərədən dəhşətə gəliblər. 

Nigeriyadakı kəndlərdən birinin sakinləri qarnı şişmiş sürünəni gördükləri zaman mal-qaranın itməsində onun günahkar olduğunu düşünüblər. İlanı təqib edərək öldürüblər, daha sonra isə yaranmış mənzərədən dəhşətə gəliblər.

 

İlan təxminən 5 metr uzunluğa malik olub. Qarnında isə çəpiş və ya it deyil, təxminən 100 ilan yumurtası olub. Yumurtaların hər birindən daha bir belə ilan çıxa bilərdi. Yeri gəlmişkən, bu ərazidə ilan yumurtaları nadir delikates hesab edilir, odur ki, kənd sakinləri üçün bu əsl sevinc mənbəyidir.

 

İlanın dəqiq növünü təyin etmək mümkün olmayıb. Lakin fotoya nəzər salaraq onun Afrika qaya pitonu olduğunu ehtimal etmək olar. Bu, Afrikanın ən böyük sürünənidir. Belə ilanlar zəhərə malik olmasalar da, qurbanlarını güclü əzələləri vasitəsilə ram edə bilirlər.

 

Afrika pitonlar “ələ keçən” hər şey ilə qidalanırlar: gəmiricilər və meymunlardan varanlar və hətta timsahlara qədər. Bu siyahıya toyuqlar, keçilər, itləri, şir və bəbir balaları və digərlərini də əlavə etmək olar.

 Onlar ildırım sürəti ilə şikara hücum edir, daha sonra qurbanlarının ətrafında dolanaraq heyvanın ürəyi dayanana qədər halqa şəklində bərk sıxırlar.