“Məlum olduğu kimi, Azərbaycandan Rusiyaya yumurtanın 306 min ədədlik üçüncü partiyası idxal edilib. 36 ton həcmində ilk tədarük dekabrın 19-da baş tutmuşdu. İkinci tədarük dekabrın 21-də 18 ton həcmində olub. Azərbaycandan göndərilən yumurta Rusiyanın ehtiyacını tam ödəyə bilməyəcək. Bu, mümkün deyil. Çünki bu ölkədə 145 milyon əhali yaşayır. Azərbaycanda isə günlük yumurta yığımı təxmini 4.6-4.9 milyondur. Yerli təlabat isə 3.2-3.6 milyon ədəddir. Bu da o deməkdir ki, 1 milyon əlavə yumurta istehsal edirik. Bu əlavə məhsulu da Rusiyaya ixrac edəcəyik”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli bildirib.
O qeyd edib ki, Rusiyaya əlavə məhsulun ixracı ölkədə yumurtanın qiymətinə təsir edəcək. Qiymətlər müəyyən qədər artacaq:
“Yumurta strateji, əhalinin istehlak səbətində yer alan vacib məhsullardan biri hesab olunur. Bu səbəbdən də yumurtanın qiymətinin qalxması əhalidə narazılıq yarada bilər”.