Yevlax şəhəri və ətraf rayonlarda son günlər ərzində marketlərdə yumurta çatışmazlığı müşahidə olunur. Aparılan müşahidələr göstərir ki, fabrik istehsalı olan yumurtaların satışında ciddi azalma var, bir çox mağazalarda isə məhsul tamamilə tükənib. Vitrinlərin boş qalması həm alıcılarda narahatlıq yaradıb, həm də bazarda təklif-tələb balansının pozulduğunu göstərir. Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən yaranmış vəziyyətin səbəblərini və mümkün riskləri aydınlaşdırmaq üçün iqtisadçı ekspert Günay Hüseynova mövzuya münasibət bildirib.
Qıtlığının yaranmasına səbəb ola biləcək iqtisadi faktorlar hansılardır?
Yumurta bazarında süni qıtlıq və qiymət manipulyasiyası ehtimalını necə qiymətləndirirsiniz?
Regionlarda qıtlığın yaranması yaxın günlərdə ölkə üzrə qiymətlərə təsir göstərə bilərmi?
Problemin qısa müddətdə aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Mal-qarada xəstəliyin olması, istehlakçını ət məhsullarından alternativ sayılacaq toyuq məhsullarına yönəlməsidir. Ona görə də əsas səbəb kimi bunu görürəm.
İkinci suala gəldikdə, ekspert qeyd edib ki, manipulyasiya və yaxud süni qıtlığın yaradılmasını düşünmürəm. Yumurta məhsuluna əsasən sadəcə yaz aylarında təlabat olur.
Üçüncü suala aydınlıq gətirən G. Hüseynova əlavə edib ki, qıtlıq səbəbindən qiymət artımını yaxın günlərdə düşünmürəm. Çünki mal-qaralarda yaranan xəstəliklər də uzunmüddətli deyil. Regional səviyyədə tələbin yüksəlcəyini düşünmürəm.
Dördüncü sualı cavablandıran ekspert sonda vurğulayıb:
“Müəyyən problemlərin aradan qaldırılması üçün istehsalın həcmini artırmaq lazımdır. Bu da o deməkdir ki, toyuqların sayı artırılmalıdır. Sayının artırılması üçün də dövlət dəstəyi olmalıdır. Onların vaksinasiyası, iynə-dərmanı, yemlənməsinə dəstək verilməlidir. Yaxud da xarici ölkələrdən məhsul idxalı şəklində ola bilər. O da təbii ki, onun yoxlanılması şəraiti də var. Məlumdur ki, süni yumurtalar və s. mövcuddur. Həmçinin xəstəliklər də var. Ona görə də ən yaxşı alternativ variant mal-qara məhsullarında xəstəliyin tezliklə aradan qaldırılması, hər məhsulun öz təlabat səviyyəsini, statistikasını, standartını qorumaq lazımdır”.
Dəniz Pənahova











