ABŞ-ı bürüyən, toyuq yumurtasının bahalaşmasına və ölkədə qıtlığa səbəb olan quş qripi son illərin ən ciddi epidemiyasıdır.
Tribunainfo.az xəbər verir ki, bu barədə Britaniya qəzeti “Financial Time” məlumat yayıb.
“Son bir neçə il ərzində quş qripi dalğaları gəlib keçsə də, yeni epidemiya bu günə qədər ən şiddətli epidemiyadır. Onun yavaşlamasına dair heç bir əlamət yoxdur”, – baş redaktor Karin Rispolinin sözlərindən sitat gətirir.
Amerikalı fermerlər quş qripinin yayılmasının qarşısını almaq üçün toyuqları kəsməyə məcburdurlar. Rispoli bildirib ki, son dörd ayda Birləşmiş Ştatlarda təxminən 46 milyon yumurtlayan toyuq kəsilib ki, bu da ölkədəki 304 milyon toyuğun 15 faizini təşkil edir.
Qeyd edək ki, ABŞ Əmək Statistikası Bürosunun məlumatlarına əsasən, son bir ildə ölkədə yumurtanın orta qiyməti 50% artıb.
Dəniz