Xəbər verdiyimiz kimi, Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Tribunainfo.az xəbər verir ki, Rüfət Mahmud bundan əvvəl bir sıra vəzifələrdə çalışıb.
Belə ki, o, SOCAR şirkətinin törəmə müəssisə – “SOCAR RUS” MMC-nin rəhbəri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) Müşahidə Şurasının sədri və başqa bir sıra vəzifələri tutub.
Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin keçmiş sədri Şahin Seyidzadə deputat seçildiyi üçün vəzifəsindən azad edilmişdi.