Yüksək səviyyəli fəlakət xəbərdarlığıbackend

Yüksək səviyyəli fəlakət xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində, daha sonra Tayvanda güclü yağış, daşqın, torpaq sürüşməsi və insan itkilərinə səbəb olan Gaemi qasırğası Çin materikinə çatıb.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, Filippinin Manila körfəzində tayfun səbəbindən 1,5 milyon litr yanacaq daşıyan gəmi batıb.

Ərazidə təxminən dörd kilometr uzunluğunda neft sızması aşkar edilib. Səlahiyyətlilər neft sızıntısına nəzarət etmək üçün hərəkətə keçib. Yanacaq dağıldığı təqdirdə, bunun Filippin tarixində ən böyük neft sızıntısı ola biləcəyi ehtimalı var.

Filippin sahil mühafizə qrupları gəminin ekipajından 16 nəfəri xilas edib. Bir nəfərin cansız meyiti tapılıb.

Filippində təbii fəlakət nəticəsində azı 21 nəfər ölüb, çoxlu sayda yaralı var.

Filippindən sonra gəldiyi Tayvanda bəzi şəhərlərdə küçələri su basması nəticəsində 3 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Ölkənin cənub sahillərində xilasetmə qrupları batan “Fu-Şun” yük gəmisinin altı ekipaj üzvünün tapılması üçün işləri davam etdirir. Sahil mühafizəsinin məlumatına görə, 9 nəfər itkin düşüb, lakin 3 nəfər sağ tapılıb.