backend

“YÜKSƏK SAYDA BOŞ YERLƏR QALMAYACAQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbul imtahanlarında müsabiqə şərtlərini keçə bilməyən abituriyentlər üçün tələbə olmaq şansı yaradılır.  

Qəbul imtahanlarında müsabiqə şərtlərini keçə bilməyən abituriyentlər üçün tələbə olmaq şansı yaradılır. 

Bununla bağlı Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təkliflər göndərilib. Belə ki,hazırlıq fakültələrinə qəbul ali təhsil müəssisələrinə tələbə qəbulunun yekun nəticələri elan olunduqdan sonra müəyyən olunmuş ixtisaslar üzrə boş qalan yerlərə həyata keçirilə bilər. Bu isə abituriyentlərin qəbul imtahanlarında əldə etdikləri nəticələrə əsasən, yeni müsabiqə şərtləri ilə olacaq..
“Burda məqsəd müsabiqə şərtlərini keçə bilməyən abituriyentlərə ali təhsil almaq imkanları yaratmaqdır”-deyən nazirliyin sektor müdiri Cəsarət Valehovun verdiyi açıqlamaya  Təhsil eksperti Kamran Əsədov da öz münasibətini bildirdi.

Ekspertin  TİA.AZ-a verdiyi məlumata görə, ali məktəblərə qəbul prosesində yeniliyin edilməsi qaçılmazdı: “ Bu prosesin olmasını məcbur edən amil o idi ki, birinci yerləşmədə plan yerləri dolmurdu. Ona görə də TQDK-a (DİM) məcbur qalıb əlavə yerləşdirmə həyata keçirirdi. İxtisas seçiminə buraxılan abituriyentlərin sayı plan yerindən az olduğuna görə nə qədər əlavə qəbul keçirilsə belə, yenə də boş qalacaq. Amma indiki imtahanda iştirakdan sonra daha çox abituriyent keçid balını toplayıb ixtisas seçiminə buraxılacaq”.

K.Əsədov  hesab edir ki, bu əlavə qəbul aparılmayacaq anlamına gəlmir: “Bu yenə də olacaq. Çünki abituriyentlər ilkin olaraq daha üstün yerləri seçirlər. Amma bu zaman ən çox bal toplayan həmin yerə qəbul olur. Abituriyentlər tərəfindən həmişə az seçim edilən ixtisaslar və universitetlər var ki, bu boş qalan yerlərin yaranmasına da səbəb olur. Bu boş yerləri abituriyentlər ikinci yerləşdirmədə məcburən seçib qəbul olurlar. Bütün hallarda bu il olduğu kimi yüksək sayda boş plan yerləri əlbətdə ki, qalmayacaq”.

Qeyd edək ki, qanunvericilik aktlarına görə ali məktəblərə qəbul yalnız test imtahanı nəticələri ilə həyata keçirilir. Müsabiqədənkənar qəbulun şərtləri və dəqiq detallar Nazirlər Kabinetinin təklifləri təsdiq etdikdən sonra məlum olacaq. Təkliflər qəbul olunacağı təqdirdə, ali təhsil müəssisələrinə tələbə qəbulunda müvafiq dəyişikliklər olacaq.

Nilufər