“Yük Taksisi.Az” və “Evakuator.Az” sahibi nazirliyin qərarından narazı qaldıbackend

“Yük Taksisi.Az” və “Evakuator.Az” sahibi nazirliyin qərarından narazı qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Yük Taksisi.Az” və “Evakuator.Az” MMC-nin direktoru Aqil Zeynalov barəsində protokol tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 199 maddəsi ilə (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi) irəli sürülüb.
Cərimə sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yazılıb.
Sözügedən maddəyə əsasən, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.
Aqil Zeynalov Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından Sumqayıt Şəhər Məhkəməsinə şiakyət verib. İşə hakim Zaur Hacıyevin sədrliyi ilə baxılacaq.
Məlumat üçün bildirək ki, uzun müddətdir mətbuatda “Yük Taksisi.Az” və “Evakuator.Az” MMC-lərə rəhbərlik edən Aqil Zeynalovun Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla qohumluq əlaqələrinin olduğu yazılır.