“Yük Taksisi.Az” MMC “Baku Non Ferrous And Foundry Company” MMC-ni məhkəməyə verib.
Tribunainfo.az FED.az-a istinadla xəbər verir ki, iddia müqavilələrdən (daşıma) əmələ gələn öhdəliklər üzrə qaldırılıb.
İş Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Əliyevanın icaraatındadır.
Məhkəmə ilə əlaqəli hazırlıq iclası 23.08.2023, saat 12:15-ə təyin edilib.