Sakaryanın Hendek rayonunda saxlanılan yük avtomobilində 700 kiloqram at və eşşək əti ələ keçirilib.
Tribunainfo.az Trt haber-ə istinadən xəbər verir ki, il Jandarma Komandirliyi qrupları, Ramazan ayı Adanada kəsilən at və eşşək ətinin quru yolu ilə İstanbula aparılacağı xəbərini alan onu daşıyacaq yük maşınının arxasınca gedib və Hendekdəki istirahət müəssisəsində saxlayıb.
Nəqliyyat vasitəsinə baxış zamanı 700 kiloqram at və eşşək əti götürülüb. Nəzarətə alınan 3 şübhəli barəsində məhkəmə və inzibati işlərə başlanılıb.