YSK-DAN QƏRAR: SEÇKİ GÜNÜ BUNLAR QADAĞAN EDİLƏCƏKbackend

YSK-DAN QƏRAR: SEÇKİ GÜNÜ BUNLAR QADAĞAN EDİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüksək Seçki Qurumunun (YSK) seçkilərə qatılmaq hüququ qazanan 36 siyasi partiya ilə bağlı qərar imzalayıb.

Tribunainfo.az “Resmi Gazete”yə istinadən xəbər verir ki, müvafiq olaraq, seçki günü saat 06.00-dan 24.00-dək spirtli içkilərin satışı qadağan ediləcək. Yaşayış məntəqələrində təhlükəsizliyin və asayişin qorunmasına cavabdeh olanlardan başqa heç kim silah daşıya bilməyəcək.

Seçki günü kafe və internet kafe kimi bütün ictimai əyləncə yerləri bağlı olacaq. Əyləncə məkanı olan restoranlarda yalnız yeməklər verilə bilər. Toylar seçki günü saat 18:00-dan sonra keçirilə bilər.

YSK-nın qərarlarına əsasən, saat 18:00-dək mətbuatda seçkilər və onların nəticələri ilə bağlı proqnoz və şərh vermək qadağan olunacaq.

Saat 18.00-21.00 arasında YSK-nın seçki ilə bağlı verəcəyi xəbərlər və bildirişlər dərc olunacaq.

Eyni müddəalar mayın 28-də prezident seçkilərinin ikinci tura keçəcəyi təqdirdə tətbiq olunacaq.

Ölkə üzrə səsvermənin başlama və bitmə vaxtı saat 08:00-17:00 arasında olacaq.