YPG Suriyanı parçalamaq niyyətindədir və Suriyadakı rejim bunu bilir. TİA.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
Çavuşoğlunun sözlərinə görə, Türkiyə, rejim və müxalifət Suriyanın hazırkı sərhədlərdə ərazi bütövlüyünün tərəfdarıyıq: “Biz inanırıq ki, rejim terrorçularla əməkdaşlıq etməyəcək. Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılması Ankara və Dəməşqin ümumi məqsədidir”.
Çavuşoğlu bildirib ki, Türkiyə ordusu Suriyada hökumət qüvvələrinə hücum etmək niyyətində deyil.