171 saylı orta məktəbin direktoru Telman Qardaşov qəfildən dünyasını dəyişib.
171 saylı orta məktəbin direktoru Telman Qardaşov qəfildən dünyasını dəyişib.
Bu barədə Modern.az-a məktəbdən məlumat verilib. Hətta, o da qeyd edilib ki, direktor son günlərdə böyük əsəb keçirib.
“ATV-də yayımlanan “Yoxlama” verilişindən sonra Telman müəllim çox əsəb keçirmişdi. Hər gün əsəbləşirdi. Bunu məktəbdə biz də hiss edirdik. Dünən evdə qəfil halı pisləşib. Həkimə aparıblar. Beyin qanaxması keçirib. Onunla da dünyasını dəyişib”
Xatırladaq ki, ATV-də yayımlanan “Yoxlama” verilişindən sonra Telman Qardaşov daha çox gündəmə gəlmişdi.