YOXA ÇIXAN “AZERSKY1” PEYKİMİZİ HAZIRLAYANLAR BAKIYA NİYƏ GƏLMİR?backend

YOXA ÇIXAN “AZERSKY1” PEYKİMİZİ HAZIRLAYANLAR BAKIYA NİYƏ GƏLMİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən, dünyanın ən nəhəng texnoloji tədbirlərindən olan Beynəlxalq Astronavtika Konqresinə hazırlıqla bağlı brifinqdə təşkilatçılar artıq idarəetmədən itmiş AzerSky1 peykimizi hazırlayan Fransanın “AirBus Defence and Space ” şirkətinin hələlik Konqresdə iştirak üçün qeydiyyatdan keçmədiyini diqqətə çatdırdılar. Ancaq Fransanın digər kosmosla əlaqəli şirkətlərinin artıq qatılacaqları təsdiqlənib.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, nəzərdə tutulandan bir il öncə qəflətən əlaqə kəsilən AzerSky1-in istehsalı üçün bu Fransa şirkətinə Azərkosmos 157 milyon evro vəsait ödəmişdi:

“Artıq gələcək əməkdaşlıq perspektivini görməyən bu Fransa şirkəti müqavilə öhdəliklərini bitirəndən sonra Bakıdakı ofisini də bir müddət öncə bağlamışdı”.

Xatırladaq ki, AzerSky2-nin istehsalçısının İsrailin “İsrael Aerospace Industries” şirkəti, raketdaşıyıcısının isə İlon Maskın SpaceX şirkəti ola biləcəyi ilə bağlı məlumatlar yayılıb.