YouTube videohostiqində ilin ən populyar və mühüm hadisələrindən bəhs edən ənənəvi YouTube Rewind videosu həmişə maraqla izlənilir, bəyənilirdi.
Bu ilsə tam əksinə olub.
Milli.Az bildirir ki, “YouTube Rewind 2018” videosu YouTube-un tarixində ən rüsvayçı və uğursuz videoya çevrilib.
Video dekabrın 6-da YouTube-a yerləşdirilib və cəmi 8 gün ərzində 11 milyondan artıq “dislayk” toplayıb. Videonun “layk”larının sayı 2,1 miyon, baxış sayı isə 126 milyondur. Əvvəlki antirekord kanadalı müğənni Castin Biberin “Baby” mahnısının videoklipinə məxsusdur. 2 milyard dəfə baxılmış bu videonun 10 milyon “dislayk”ı vardı. Fəqət Biberin videosu bu “uğur”u təqribən 8 ilə əldə edib.
YouTube-un fikrincə, 2018-ci il guya Cənubi Koreyadakı “K-pop” musiqi janrı, “In my feelings” fləşmobu, feminizm, kulinar bloqlar və kosmosa buraxılmış Tesla avtomobili ilə yadda qalacaq.