İstanbulda masaj salonu pritona çevirilib və həyata keçirilən polis əməliyyatında həbs edilən 4 şübhəlidən birinin YouTube fenomeni olduğu üzə çıxıb. Tribunainfo.az bildirir ki, şübhəlilərin ifadələrində masaj salonunun açılmasının səbəbləri və ittihamları qəbul etmədikləri bildirilib.
Həbs edilən şübhəlilərdən Kerem Balın YouTube-da paranormal hadisələrlə bağlı videolar çəkdiyi məlum olub. Kerem Balın sorğusunda “YouTube kanalım oğurlandı. Masaj sertifikatım olduğu üçün salon açdım. Nehir iş yerimi öyrəndikdən sonra davamlı olaraq mənə sataşdı.
Fahişəlik ittihamını qətiyyən qəbul etmirəm” dedi. Araşdırmalar zamanı şübhəlilərin şəxsiyyətləri müəyyən edilərkən, Ataşehir, Sarıyer, Ümraniye və Samsunun Atakum rayonunda daha əvvəl müəyyən edilmiş 9 ünvana basqın edilib. Keçirilən reydlər zamanı şəbəkə üzvü olduğu iddia edilən 3-ü qadın olmaqla 7 şübhəli saxlanılıb.
İstintaq çərçivəsində fahişəliyə məcbur edilən 6 əcnəbi qadının da xilas edildiyi öyrənilib. İstanbul Asayiş Şöbə Müdirliyində sorğu-sual edilən şübhəlilərin iş yerlərində edilən axtarışlar zamanı 10 ədəd cib telefonu tapılıb. Əməliyyatlarının ardından Anadolu Ədliyyəsinə sövq edilən şübhəlilər arasında Kerem Balın, Burak Doğan, Fırat Acar və Məsud Gülər həbs olunub, 3 şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.