`YouTube`, `Facebook` və `Twitter` bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“TurkeyBlocks” senzura monitorinq qrupu bildirib ki, Türkiyədə “WhatsApp” messenceri, “YouTube” videohostinqi, “Facebook” və “Twitter” sosial şəbəkələrinə giriş qadağan olunub. “TurkeyBlocks” senzura monitorinq qrupu bildirib ki, Türkiyədə “WhatsApp” messenceri, “YouTube” videohostinqi, “Facebook” və “Twitter” sosial şəbəkələrinə giriş qadağan olunub.

Bu barədə TİA.AZ  “Gazeta.ru”ya istinadən xəbər verir. 

Məlumata əsasən sosial şəbəkələrə giriş noyabrın 4-də yerli vaxtla 01:20-dən bağlanıb.

Hüquq müdafiəçiləri isə “İnstagram” sosial şəbəkəsinə də girişin qadağan olunduğunu bildiriblər. 

“TurkeyBlocks” sosial şəbəkə və mesencerlərə girişin qadağan olunmasını ötən gün HDP liderləri və 11 deputatın həbs olunması ilə əlaqələndirirlər.