“Youtube”dən vacib qərar: Bu videolar silinməyəcəkbackend

“Youtube”dən vacib qərar: Bu videolar silinməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Youtube” sosial media platforması növbəti seçki dövründə yalan və yanıltıcı məlumat verən videoların platformadan silinməyəcəyini açıqlayıb.

Tribunainfo.az Qərb mediasına istinadən xəbər verir ki, 2020-ci il ABŞ prezident seçkilərində minlərlə belə videonun silindiyini, lakin hər cür siyasi ideyaların açıq müzakirəsi üçün bundan sonra onları silməyəcəyini bildirib.

“Youtube” rəhbərliyi dünən verilən açıqlamada bu fikirləri səsləndirib:
“Siyasi ideyaları, o cümlədən mübahisəli və ya təkzib edilmiş fərziyyələrə əsaslananları açıq şəkildə müzakirə etmək bacarığı fəaliyyət göstərən demokratik cəmiyyətin mahiyyətidir. Biz ilk növbədə 2020-ci ilin dekabrında ABŞ-da keçirilmiş prezident seçkilərinin bütövlüyünə diqqət yetirən seçkilərlə bağlı dezinformasiya siyasətimizi həyata keçirmişik. İki illik müddətdən, on minlərlə videonun silinməsindən və bir seçki dövründən sonra biz başa düşdük ki, bugünkü dəyişən mənzərədə bu siyasətin nəticələrini yenidən qiymətləndirmək vaxtıdır. Mövcud mühitdə biz müəyyən etdik ki, bu məzmunun silinməsi bəzi dezinformasiyaların qarşısını ala bilsə də, zorakılıq riskini və ya real dünyadakı digər zərərləri əhəmiyyətli dərəcədə azaltmadan siyasi diskursun məhdudlaşdırılması kimi arzuolunmaz təsirə malik ola bilər. Bunu nəzərə alaraq, 2024-cü il (seçki) kampaniyaları davam etdikcə, biz 2020-ci ildə və digər keçmiş ABŞ prezident seçkilərində geniş yayılmış saxtakarlıq, səhv və ya pozulmaların baş verdiyinə dair əsassız iddiaları əsaslandıran məzmunu silməyi dayandıracağıq. Bu qərar bu gündən – iyunun 2-dən qüvvəyə minir”.