YOLUXMA ARTSA, MƏKTƏBLƏR DİSTANT TƏHSİLƏ KEÇSİN – TƏKLİF

YOLUXMA ARTSA, MƏKTƏBLƏR DİSTANT TƏHSİLƏ KEÇSİN – TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil ekspertləri yayılmaqda olan qızılca ilə bağlı məktəblərdə distant təhsilə keçidi təklif edir.

Tribunainfo.az xəbər verir ki, bu gün qızılcadan dünyasını dəyişən şagird sayının 3 olması narahatlıq yaradıb. Təhsil eksperti Elçin Əfəndiyev bununla əlaqədar təklif edir ki, əgər vəziyyət kəskinləşərsə, ən azı 2 həftəlik distant təhsilə keçid vacibdir.

Bu təkliflə ekspert Kamran Əsədov da çıxış etmişdi. O da saytımıza verdiyi açıqlamada bildirmişdi ki, yoluxma kütləviləşsə məktəblər 1 həftəlik qapadıla bilər.

Yeri gəlmişkən onu da bildirək ki, artıq uşaq bağçaları və bəzi məktəblərdə uşaqlara spirt gətirmələri tapşırılıb. Xəstə, soyuqlamış uşaqların məktəbə gəlməməsi bildirilib.