Yolu piyada keçirinin üstündən deyil, bir qədər aralıdan keçən şəxsi avtomobil vurub.
Tribunainfo.az xəbər verir ki, DİN rəsmisi Elşad Hacıyev baş verən hadisənin görüntülərini paylaşıb. O bildirib ki, piyadalar keçidini 3-5 metr uzaqdan yox, məhz keçidin özündən istifadə etməlidir:
“Nəsimi rayonunda Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində baş verən yol qəzası bir daha göstərdi ki, piyada təhlükəsizliyi bir addımlıq məsafədədir. Təəssüf ki, keçiddən cəmi bir neçə metr kənarda qaçaraq yolu keçmək istəyən piyada avtomobil tərəfindən vurulub.
Piyadalar, “Bir şey olmaz” deyib, qaydanı pozmayın. Bir anlıq tələskənlik ömürlük faciə ilə nəticələnə bilər”.
Sözügedən görüntüləri təqdim edirik:
Gülşən Rəsul