Yolayrıcında qaydaları pozan xanım sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 9-da, Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində baş verib. Belə ki, 10-RM-552 qeydiyyat nişanlı “İnfiniti” markalı avtomobilin sürücüsü sola dönən zaman qarşıdan gələn sürücünün hərəkətinə mane olub. Görüntünü qeydə alan sürücü hərəkət istiqamətini dəyişərək təhlükədən yan keçib.
Qeyd edək ki, bu əməli törədən sürücü 3 bal 80 manat məbləğində cərimə oluna bilər.