Yolları və səkiləri niyə texnika ilə yox, əllə təmizləyirlər? – Ekspertdən şərhbackend

Yolları və səkiləri niyə texnika ilə yox, əllə təmizləyirlər? – Ekspertdən şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qış fəsli başlar-başlamaz aidiyyəti qurumlar ölkənin, xüsusilə paytaxtın qışa tam hazır olduğunu bildirən açıqlamalar yayırlar. Hətta qar təmizləyən texnikalar nümayiş etdirilir, texnikanın hər an hazır vəziyyətdə olduğu bildirilir. Ancaq qar yağdıqdan sonra bir dənə də texnika gözə dəymir, yolların qarını, sərilərin buzunu yenə də yaşlı qadın və kiçilərin əllərində bellə təmizlədiyinin şahidi oluruq. Neft ölkəsində belə mənzərə xoş təsir bağışlamır. Ancaq mütəxəssislərin fikrincə, bu heç də pis hal deyil.

Tribunainfo.az yazır ki, hüquq müdafiəçisi Sahib Məmmədovun fikrincə, kommunal sferada hər iş texniki vasitələrdən istifadə olunmaqla həyata keçirilsə, o zaman işçilərin çoxu ixtisar oluna bilər:

“İşçi qüvvəsinin çox olduğu ölkələrdə əmək tutumlu işlərə üstünlük verilməsi normal haldır. Texnika kapital tutumludur. Yəni eyni xərcdirsə daha yaxşısı əl əməyindən istifadədir. Belədə insanlar az da olsa əmək haqqı alır”.