Min illik tarixə malik olan qədim Abşeron kəndi Nardaranın adı əsas yolların kənarındakı bütün nişanlardan silinib.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı memar Elçin Əliyev paylaşıb. O bildirib ki, indi bütün yollarda Nardaranı Sea Breeze əvəzləyib:
“Hər yerdə Nardaran əvəzinə Sea Breeze yazırlar. Niyə? Bu axı düzgün deyil…
Özü də hamısı yazılıb azərbaycan dilində, amma Sea Breeze – inglis dilində, niyə?
Nə vaxta qədər yol tikintisində açıq-aşkar səriştəsizlik hökm sürəcək?!”.
Nigar