Azərbaycanda hər gün ən azı 3 nəfər yol qəzalarının qurbanı olur. Onların da biri piyada, biri sərnişin, biri sürücüdür.
Tribunainfo.az xəbər verir ki, bu barədə yol-nəqliyyat eksperti Elməddin Muradlı yazıb. O bildirib ki, ötən il 804 nəfəri yollatda itirdik. Bu il də rəqəmlər az deyil – 9 aya 630 nəfər:
“Dəhşətli faktdır. Dur demək üçün hər birimiz nəsə etməliyik. Çünki günah bizim hamımızdadır.
Yol-nəqliyyat hadisələri bir insanın, bir ölkənin və ya bir qitənin problemi deyil – bu hamımızı narahat edən qlobal məsələdir. Qaydalara riayət edək, yollarımız daha təhlükəsiz olsun! Sürücülər və piyadalar ən adi qaydalara belə əməl etmirlər. Baş verən sonuncu qəza buna nümunələrdəndir. Nə qədərdir belə ağır nəticəsi olan nümunələr.
Daha böyük, sərt və ciddi addımlar atılmalıdır”.