YOL QƏZALARININ DƏHŞƏTLİ STATİSTİKASI… SƏBƏB KAMERA-RADAR SİYASƏTİDİR – EKSPERTbackend

YOL QƏZALARININ DƏHŞƏTLİ STATİSTİKASI… SƏBƏB KAMERA-RADAR SİYASƏTİDİR – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 2022-ci ildə yol qəzaları nəticəsində 834 nəfər həyatını itirib ki, bu da əhalinin sayına nisbətdə həm MDB, həm də dünya üzrə orta göstəricidən çoxdur. Gürcüstanda 2022-ci ildə yol qəzalarında 430 nəfər, Ermənistanda isə 321 nəfər həyatını itirib. Əhali sayı nisbətini götürəndə, hər iki ölkə ilə müqaisədə bizdə, aşağı-yuxarı, bərabər göstəricilərdir. Gürcüstanda yollar bizdən çox bərbadır, bölünmüş, qoşa yolları çox azdır, sürət radarları, kameralar çox azdır, amma ölüm sayı bizim ölkə ilə eynidir.

Tribunainfo.az yazır ki, bu barədə danışan iqtisadçı Natiq Cəfərlinin fikrincə, Azərbaycanda qəzaların çox, ölüm hallarının yüksək olmasının əsas səbəblərindən biri kamera-radar siyasətidir:

“Təbii ki, sürücülük vəsiqələrinin pulla satılmasının da təsiri var, amma bu həlledici deyil. 27 illik sürücülük təcrübəsi, yüzminlərlə km yol sürən biri kimi deyə bilərəm ki, bizdəki yol sürət rejimi qəzalar üçün əsas şərait yaradan amillərdən biridir. Bakı-Qazax, Bakı-Astara, Bakı-Şamaxı yollarının keyfiyyəti pis deyil, bölünmüş, yəni qəzalar üçün müəyyən sığorta yaradan yollardır, amma hər 3-5 km-dən bir kamera-radarların quraşdırılması sürücülərin davranışlarına birbaşa təsir edir. Kamera-radarlar çox zaman məntiqsiz olaraq, yol hərəkətinin təhlükəsizliyi üçün deyil də, məhz cərimə yazmaq üçün quraşdırılıq. Bakı-Qazax yolunda bu daha aydın görünür – sürət həddi 110 km olan yerdə çox qısa məsafədə birdən sürət həddi 70 km-ə, və ya 60 km-a salınır, sonra yenidən 110 km-ə qaldırılır. Sürücülər radarlararası məsafədə sürəti kəskin artırırlar, bir radardan digər radara qədər 140-170 arası sürət yığırlar, sonra kəskin sürəti salırlar və beləcə yol boyu onlarla dəfə belə sürüş rejimində maşın idarə edirlər və bu da qəza şəraitini artıran əsas amilə çevrilir. Eyni sürüş rejimi digər bölünmüş yollarda da təkrarlanır ki, bu da qəzaları artırır”.

Tribunainfo.az