backend

“Yol qəzalarında ölüm halları azalıb” – DYP polkovniki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İctimai nəqliyyat vasitələrinin sürücülərinin iştirak etdiyi yol qəza hadisələrinin baş verməsi narahatçılıq doğurur. Bu istiqamətdə tədbirlər daim davam etdirilir”. 

“İctimai nəqliyyat vasitələrinin sürücülərinin iştirak etdiyi yol qəza hadisələrinin baş verməsi narahatçılıq doğurur. Bu istiqamətdə tədbirlər daim davam etdirilir”.

Bunu TİA.AZ-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Qurum rəsmisi bildirib ki, kameraların köməkliyi ilə daim ictimai nəqliyyatın hərəkətinə nəzarət olunur: “Dayanacaqlardan kənarda sərnişinlərin minib-düşməsini təmin edən 100-ə yaxın sürücü barədə elektron protokol tərtib edilib. Texniki baxışdan keçməyən 30-a yaxın avtobus yol hərəkətindən kənarlaşdırılıb. Həmçinin gündəlik yol-hərəkəti haqqında qanunun tələblərini pozan ictimai nəqliyyat vasitələrinin sürücüləri məsuliyyətə cəlb olunur. Bu zəruri tədbirlər daim davam etdirilir”.

V. Əsədov qeyd edib ki, Bakı şəhəri və Respublika üzrə yol nəqliyyat hadisələrinin təhlilinə nəzər saldıqda hadisələrdə bütün göstəricilərinə görə azalma müşahidə olunur: “Hadisələr zamanı ölüm və xəsarət hallarının sayı azalıb. Piyadaların vurulması ümumi hadisələrin 58 faizini təşkil edir ki, bu, ciddi narahatçılıq doğurur. Həmçinin sürət həddinin aşılması ümumi hadisələrin 41 faizini təşkil edir”.