“Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı beş qeyri-iş günü ilə əlaqədar regionlara, ayrı-ayrı rayonlara gedən əhalinin sayı çox olacaq.
“Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı beş qeyri-iş günü ilə əlaqədar regionlara, ayrı-ayrı rayonlara gedən əhalinin sayı çox olacaq.
Bununla əlaqədar yollarda, xüsusilə də respublika əhəmiyyətli yollarda nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunacaq”.
Bu barədə TİA.AZ-a Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəis Kamran Əliyev deyib.
Şöbə rəisi səfərə çıxan sürücülərə sürət həddinə və ötmə qaydalarına düzgün riayət etmələrini tövsiyyə edib: “Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq və bu günlər ərzində yol-hərəkət qaydalarına əməl edilməsini təmin etmək, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmə hallarının qarşısınının alınması məqsədilə respublikanın avtomobil yollarında, o cümlədən yerli əhəmiyyətli yollarda mütəmadi reydlər keçiriləcək. Ona görə də sürücülərdən xahiş olunur ki, bayram günlərində qaydalara ciddi riayət etsinlər və sərxoş vəziyyətdə sükan arxasında əyləşməsinlər”.
K.Əliyev piyadalara da bayram günlərində diqqətli olmağı tövsiyyə edib: “Bayram günlərində paytaxt Bakıda gəzintiyə çıxan insanların sayı çox olacaq. Buna görə də piyadalardan da çox xahiş edirik ki, yolu onlar üçün müəyyən olunmuş yerlərdən keçsinlər, yolun hərəkət hissəsinə çıxmasınlar, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etsinlər”.