Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis şeyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis şeyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
İdarənin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, komputerlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, habelə sürücü kimi 3 il əmək stajına malik, yaşı 20-dən aşağı, 25-dən yuxarı olmayan, boyu 180 sm və daha artıq, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və ya yaxın qohumları məhkum olunmamış, yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol-hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici dil bilən və dövlət təhsil müəssisələrində ali təhsil almış namizədlərə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci il fevralın 20-dən martın 21-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, Kənar Dairəvi yolun kəsişməsi) müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– Şəxsiyyət vəsiqəsi
– Təhsil haqqında sənədin əsli
– Hərbi bilet (kişilər üçün)
– Əmək kitabçası (olanlar üçün)
– Sürücülük vəsiqəsi
– Komputerdə işləmək bacarığını təsdiq edən müvafiq sənəd (sertifikat və s.)
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
012 590 21 65,
012 590 21 66