Azərbaycanda dağlıq rayonların birində yol nişanının vətəndaş tərəfindən sökülərək atılmasını əks etdirən görüntülər yayılıb.
Tribunainfo.az xəbər verir ki, görüntülərdə gənc oğlanın dönmə işarəsini sökdüyü görünür. Belə ki, işarənin sürücüləri çaşdırdığını iddia edən şəxs onu yerindən çıxararaq kənara atıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə barədə araşdırma aparılır. Həmçinin qeyd edilib ki, həmin işarə qanunvericiliyin tələbinə uyğun yerləşdirilib və hər hansı yanlışlıq olmayıb: “Araşdırmanın nəticəsi barədə rəsmi məlumat veriləcək”.