Türkiyənin sevilən və bir o qədər də qalmaqallı rejissoru Yılmaz Güneyin həyatından film çəkiləcək.
Tribunainfo.az yazır ki, filmin rejissoru Ahmet Sandır. Bildirilmişdi ki, baş rol üçün aktyor Caner Cindoruk və Cihangir Ceyhanla görüşülüb. Lakin A.San hələlik baş rol üçün aktyor tapmadıqlarını və buna görə də qərar verə bilmədiklərini deyib.
G.Yılmaz sevənləri isə filmi səbirsizliklə gözlədiklərini bildiriblər.