Yığmamız Ermənistanla qarşılaşacaq

Yığmamız Ermənistanla qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatında V turun görüşləri keçirilib.

Tribunainfo.az xəbər verir ki, kişilərdən ibarət yığmamız Yunanıstan komandası ilə qarşılaşıb.

Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib.

Bu turdan sonra aktivində 7 xalı olan Azərbaycan komandası 5-7-ci yerləri bölüşür.

Qadınlardan ibarət Azərbaycan millisi də Batumidə Yunanıstanla mübarizə aparıb. Görüş bərabərliklə yekunlaşıb 2-2.

Hazırda 6 xalı olan qadınlardan ibarət komanda əlavə göstəricilərə görə 8-ci pillədə qərarlaşıb.

Bu gün Avropa çempionatında VI turun partiyaları oynanılacaq. Hər iki komandamız püşkə əsasən Ermənistan şahmatçılarıyla qarşılaşacaq.