YEVLAXDAN XANKƏNDİYƏ…NÖVBƏTİ GÖRÜŞ HARADA OLACAQ?

YEVLAXDAN XANKƏNDİYƏ…NÖVBƏTİ GÖRÜŞ HARADA OLACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndi əsl indi işıqlanır. Azərbaycan enerjisi doğma şəhərimizdə nur saçır. Artıq üçrəngli bayrağın Xankəndidə dalğalanması qalıb. Buna da bəlkə saatlar qalıb…Türkün çörəyini yeməyə, türkün işığını yandırmağa başlayanlar, türkün üçrəngli bayrağını da öpəcəklər. Artıq o əski parçası olan “artsax bayrağı” Xankəndi küçələrindən yığışdırılacaq. Tribunainfo.az bildirir ki, növbəti addımlar əhali ilə təmasların, dialoqun olmasıdır. Onların nümayəndələri Yevlaxa gəldi, növbəti görüşə razılıq əldə edildi, istisna deyil ki, elə ikinci görüş Xankəndidə keçirilsin. Bəzi mənbələr isə görüşün Ağdərədə olmasını ehtimal edir. Mərkəzi hökuməti təmsil edən deputat Ramin Məmmədov keçmiş Ağdərə rayonunda dünyaya gəlib. Eyni zamanda, hərbçimizin Ağdərənin girişində videosu yayılıb və ərazi tam azad edilib. Bu səbəbləri də əsas götürüb növbəti görüşü Ağdərədə keçirmək mümkündür. Əldə etdiyimiz xəbərə görə, erməni nümayəndələrlə görüş oktyabrda nəzərdə tutulub. Buna qədər isə böyük bir proses keçiləcək. Xüsusən silahların təhvil verilməsi sürətlənib.