YEVLAXA GÖRÜŞƏ GƏLƏN İKİ ERMƏNİ DƏ QARABAĞDAN GEDİBMİŞ – ÖZƏL

YEVLAXA GÖRÜŞƏ GƏLƏN İKİ ERMƏNİ DƏ QARABAĞDAN GEDİBMİŞ – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağdakı erməni sakinləribi təmsil edən, Yevlax və Xocalı görüşlərində iştirak etmiş Sergey Martirosyan və David Melkumyan Ermənistana köçüblər. Bu barədə Tribunainfo.az-ın xəbərinə görə, bölgədən ermənilərin könüllü şəkildə kütləvi köçü başlayanda həmin şəxslər də Qarabağı tərk ediblər. Bu da özlüyündə danışıqların bundan sonra olmayacağı qənaəti yaradır. Yəni inteqrasiya prosesində təmaslar gözlənilmir. Hazırda Qarabağda həddindən az erməni sakini qalıb. Putin iddia edib ki, cəmi 1000-1500 erməni var. O, geri qayıtmaq istəyənlərə Rusiyanın kömək etməyə hazır olduğunu vəd edib. Lakin çətin ki, ermənilər Xankəndiyə qayıtsınlar. Burada qalanlarla isə Azərbaycan özü təmas qurur, sığınacaq ayırır, qida, yanacaq və s. ehtiyaclarını qarşılayır. Bu halda görüşlər keçirmək də əhəmiyyətini itirib. Özümüz ermənilərlə danışa bilirik, hər hansı nümayəndəyə ehtiyac yoxdur. Oktyabrın 15-də prezidentin Xankəndidə tarixi çıxışı da göstərdi ki, Qarabağ tam azaddır, suverenliyimiz təmin edilib. Odur ki, yuxarı adı keçən şəxslərin Qarabağdan getdikləri güman olunur.