Yevlax sakinini şəkillərini yayacağı ilə hədələdi və… – 150 manat pulunu, qızıl boyunbağısını aldı

Yevlax sakinini şəkillərini yayacağı ilə hədələdi və… – 150 manat pulunu, qızıl boyunbağısını aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax şəhər sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 12-də və 13-də Seymur adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 150 manat pulunu və qızıl boyunbağısını aldığını bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Seymur Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır