Yevgeniya Qutsul ev dustaqlığına buraxılıb

Yevgeniya Qutsul ev dustaqlığına buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişineu rayon məhkəməsi Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulu 30 sutkalıq ev dustaqlığına məhkum edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə TASS-a onun vəkili Nataliya Bayram məlumat verib.

“Yevgeniya Qutsul məhkəmə zalından dərhal azadlığa buraxılacaq. O, bu gündən etibarən 30 gün müddətinə ev dustaqlığına buraxılıb”, – o bildirib.

Qeyd edək ki, Yevgeniya Qutsul martın 25-də Moldova ərazisini tərk etmək istəyərkən saxlanılıb.

 

Moldova məhkəməsi Yevgeniya Qutsulu 20 sutka müddətinə həbs edib.