Paytaxtın Bakıxanov qəsəbəsində intihar edən 27 yaşlı gənclə bağlı bəzi iddialar yayılıb. Tribunainfo.az bildirir ki, 28 yaşlı oğlan depressiyada olub.
O, intihardan əvvəl dostuna mesaj yazaraq halallaşıb və özünü öldürəcəyini deyib. Dostu da dərhal onun qardaşına məlumat verib.
Depressiyada olan gənc özünü 20 mərtəbəli binanın 18-ci mərtəbəsindən atıb. Qardaşı isə hadisə yerinə sonradan çata bilib. Məlumata görə, qardaşlar uşaq evində böyüyüblər və tək yaşayırmışlar.