backend

Yerusəlimdə 2100 yaşı olan badə tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə arxeoloqlardan ibarət qrup Yerusəlimdə əhəngdaşıdan badənin fraqmentini aşkarlayıblar. 

İsraildə arxeoloqlardan ibarət qrup Yerusəlimdə əhəngdaşıdan badənin fraqmentini aşkarlayıblar.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, üzərində adla naxış açılan badənin yaşı təxminən 2100 il qiymətləndirilir.

Badənin üzərində yəhudi dilində Qirkan yazılıb. Qirkan kişi adıdır və onun daşıyıcıları arasında Haşmonayim sülaləsinin iki hökmdarı var. Badənin bu sülalənin hakimiyyətdə olduğu dövrdə hazırlandığı təxmin edilir.

Arxeoloqlar qeyd edirlər ki, bu, Yerusəlim ərazisində aşkar edilmiş badələrin ən qədim nümunəsidir. Mütəxəssislər hələ badənin Haşmonayim sülaləsindən olan hökmdarlardan birinə aid olub-olmadığını dəqiq deyə bilmirlər. Həmçinin məlum deyil ki, badənin üzərində Qirkan adı məhz hansı insanın şərəfinə yazılıb. Onun adi, yüksək statusa malik olmayan bir şəxs olduğu ehtimal edilir. Bununla belə, Qirkanın kimliyi hələ qaranlıq qalır.

I İoann Qirkan Haşmonayim sülaləsindən yahudi çarıdır.