Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) prezident aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Rustem Umerova qarşı korrupsiya ittihamları hazırlayır.
Tribuna xəbər verir ki, bu Ukrayna mətbuatı məlumat yayıb.
Ukrayna mediası yazır ki, noyabrın 25-də NABU Umerovu biznesmen Timur Mindiçin “çirkli pulların yuyulması” işi üzrə şahid qismində dindirib.
Noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosu enerji sektorunda korrupsiya ilə bağlı genişmiqyaslı xüsusi əməliyyat elan edib. Agentliyin məlumatına görə, təhqiqat il yarım davam edib, büronun əməkdaşları təxminən 1000 səs yazısı toplayıb. İş üzrə əsas şübhəlilərdən biri Zelenskinin ən yaxın müttəfiqi hesab edilən Mindiçdir.
“Bloomberg” Zelenski və ona yaxın məmurların korrupsiya qalmaqalında əli ola biləcəyinini iddia edib. Bu işdə konkret olaraq, Ukrayna prezident aparatının rəhbəri Andriy Yermakın adı hallanır.










