“Yerli müəlliflərdən ilin favoriti olan kitab olmayıb…”

“Yerli müəlliflərdən ilin favoriti olan kitab olmayıb…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kitabların insanın cəmiyyətdə formalaşmasında çox böyük əhəmiyyəti var. İçdiyimiz su, yediyimiz yemək kimi kitaba qarşı da o cür ehtiyacımız olmalıdır. 
Bəs arxada qoyacağımız 2018-ci ildə insanlarımız daha çox hansı mövzuda olan kitablara üstünlük veriblər?
Moderator.az-ın sualını ölkənin tanınmış nəşriyyatlarından olan “Qanun”un direktoru, naşir Şahbaz Xuduoğlu cavablandırıb. Ş.Xuduoğlu saytımıza bildirib ki, oxucular bu il daha çox tarixi əsərlərə üstünlük veriblər:
“Yerli müəlliflərdən ilin favoriti olan bir kitab olmayıb, amma xarici müəlliflərin kitabı yenə də daha çox satılıb. Əsasən də elmi yükü ağır olan, tarixi kitablar öndə olub. Azərbaycan müəlliflərindən Kamal Abdulla, Çingiz Abdullayev, Salam Sarvan, Sabir Rüstəmxanlı, Şərif Ağayar, Qurban Yaquboğlunun və Seymur Baycanın rus dilində kitablarını çap etmişik. Satış məsələsinə gəldikdə isə aralarında önə çıxan kitab olmayıb, hamısı adi qaydada satılıb”.