Yerli düyü 130 faiz bahalaşdı – Sosioloqdan ETİRAZ

Yerli düyü 130 faiz bahalaşdı – Sosioloqdan ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə son günlər digər məhsullarla yanaşı ərzaqlarda da bahalaşma sürətlə davam edir. Ancaq idxal olmayan, yerli məhsulların bahalaşması sual doğurur. Çünki Dövlət Statistika Komitəsinin açıqlamasında inflasiyanın 2 faiz olduğu bildirilib.

Tribunainfo.az xəbər verir ki, sosioloq Elçin Bayramlı da bu məsələyə öz etirazını bildirib.

Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi inflyasiyanın 2 faiz olduğunu bildirib.

“”Haşimi” düyüsünü keçən il 15, 16 manata alırdım, indi isə marketlərdə bu düyünün qiyməti 36 manat olub. Yəni, təxminən 130 faiz bahalaşıb. Özü də yerli düyüdür, idxal da deyil ki, nəsə bəhanə tapalar. Bu artıq inflyasiya deyil, hiperinflyasiyadır. “Koroçe”, maaş və pensiyalar azı 100 faiz artırılmalıdır”.