“Yerevan.today”: “Yalnız Əliyev milli maraqları düşünür”

“Yerevan.today”: “Yalnız Əliyev milli maraqları düşünür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın taleyi xarici masalarda həll olunur. Ermənistanın özü isə həmin prosesdə yoxdur”.

Tribunainfo.az xəbər verir ki, bu sözlər İrəvanda yayınlanan  “Yerevan.today” saytında dərc olunmuş məqalədəndir.

Müəllif bildirir ki, Ermənistana aid vacib xəbərləri İrəvandan deyil, Azərbaycandan alırlar. “Biz Bakıda dərc olunmuş xəbər tutanda məlumatlanırıq ki, Ermənistan hansı addımı atacaq. Sanki Ermənistan adlı dövlət yoxdur. Azərbaycanın bir parçasıdır”.

Sayt Azərbaycan Prezidenti İlham Əliyevin atdığı addımlara həsəd apardıqlarını da etiraf edib. “Yalnız Əliyev milli maraqları düşünür. O ölkəsini qorumaq və gücləndirmək üçün zəruri olan bütün addımları atır”.

Fərda Uğur