“Yerevan Today”: “Azərbaycanla dost olmağımız mümkünsüzdür”

“Yerevan Today”: “Azərbaycanla dost olmağımız mümkünsüzdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanlılarla tezliklə dost olmağımız mümkün deyil. Çünki çoxlu sayda erməni ailəsi müharibədən şəxsən əziyyət çəkib”.

Tribunainfo.az xəbər verir ki, bu sözlər Ermənistanda yayınlanan “Yerevan.Today” qəzetində dərc olunmuş məqalədəndir.

Nəşr yazır ki, Azərbaycan istədiyini təzəcə əldə etməyə başlayıb, əldə etdikdən sonra da dayanmayacaq. “Və Ermənistan bütün tələblərini yerinə yetirsə, o, sadəcə olaraq mövcudluğunu dayandıracaq”.

Sayt bildirib ki, Qərbi Azərbaycan layihəsi reallaşarsa, bu Ermənistanda demoqrafik dəyişikliyə gətirib çıxaracaq. “Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşarsa, bu ərazi güzəştləri ilə yanaşı, demoqrafik disbalans da yaradacaq. Çünki azərbaycanlıların Ermənistana köçü gözlənilir. Bu 300 min insanın gəlişi deməkdir”.

Fərda Uğur