“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəisi Zaur Hüseynovun maxinasiyaları haqqında dəfələrlə məlumat vermişik. Büdcədən ayrılan supsidiyaların mənimsənilməsindən tutmuş, dövlət sifarişi olan layihələrin yaxın şəxslərə həvalə olunaraq pul “silinməsinə” qədər bir çox faktlar var. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəisi Zaur Hüseynovun maxinasiyaları haqqında dəfələrlə məlumat vermişik. Büdcədən ayrılan supsidiyaların mənimsənilməsindən tutmuş, dövlət sifarişi olan layihələrin yaxın şəxslərə həvalə olunaraq pul “silinməsinə” qədər bir çox faktlar var.
Lakin Z. Hüseynovun “yeraltı hegomonluğu”nun “sərhədləri” gözlənildiyindən daha artıq böyükdür.
Miq.Az-a daxil olan məlumatlar sözün əsil mənasında şok effekti yaradır. Söhbət kiçik mənimsəmələrdən yox, dövlətə aid olan milyonlarla pulun şəxsi sərvətin artırılmasına yönəlməsindən gedir.
Bu faktları təqdim edirik:
Metropolitenin beton zavodu kimə işləyir?
1. “Bakı Metropoliteni” QSC-nin törəmə müəssisələrindən olan Dəmir Beton Konstruksiyalar Zavodu Zaur Hüseynovun şəxsi mülki kimi fəaliyyət göstərir. Əldə etdiyimiz məlumata görə, birbaşa rəisin tapşırığı ilə zavodun istehsal etdiyi sement şəxsi adamlara satılır. Satılan sementin qiyməti bazar qiymətlərindən aşağı olduğu üçün zavoda sözün əsil mənasında axın var. QSC-yə aid yük maşınları zavodun qarşısında növbəyə dayansalar da, şəxsi yük maşınları rahat şəkildə zavodun ərazisinə daxil olur, yüklənəndən sonra naməlum istiqamətdə gözdən itirlər. Bunu sübut edən fotolar, hətta kənar yük maşınlarının dövlət nömrə nişanının seriyası haqda məlumatlar da redaksiyamıza daxil olub.
4 milyonluq texnika: hər iki halda qazanan rəisdir
2. Dəmir Beton Konstruksiyalar Zavoduna dövlət büdcəsindən QSC-yə ayrılan maliyyə hesabına yeni texnika alınıb. Alınan texnikalardan təkcə birinin qiyməti 4 milyon manatdır. Rəsmi sənədlərdə yeni texnikanın zavodda istifadə olunduğu göstərilsə də, əslində QSC rəisinin göstərişi ilə büdcənin pulları hesabına alınan texnika rayonların birində təyinatından kənar istifadə olunur. Əvəzində zavodun ehtiyaclarını ödəmək üçün lazım olan texnika başqa şirkətlərlə müqavilə bağlanaraq, icarəyə götürülüb. Hər iki halda pul mənimsənilir. Birinci: dövlətin malı olan texnika fərdi şəxslərə icarəyə verilir və oradan gələn gəlir şəxsi ciblərə gedir. İkinci: şirkətlərdən müqavilə əsasında götürülən texnikanın icarə haqqı rəsmi sənədlərdə ikiqat yüksək göstərilərək, məbləğin yarısı mənimsənilir. QSC-yə məxsus texnikanın rayonların birinə göndərilməsi və təyinatından kənar istifadə olunmasını əks etdirən videogörüntülər də əlimizdədir.
Sənəddə 25 ton, reallıqda 7 ton: texnikaların alınmasındakı fırıldaq
3. Texnikaların alınması zamanı da dövlət büdcəsindən ayrılan supsidiyalar mənimsənilməsi baş verir. Belə ki, yaxın günlərdə QSC-yə yeni texnikalar alınıb. Lakin bu texnikaların qiyməti dəfələrlə şişirdilərək aktlaşdırılıb. Həmçinin, texnikanın malik olduğu yükgötürmə qabiliyyəti də dəfələrlə şişirdilib. Misal üçün, yeni alınan “kranlar” rəsmi sənədlərdə 25 ton yük qaldırma qabiliyyətinə malik olduğu göstərilir. Lakin reallıqda bu kranlar 7 tondan artıq yük qaldıra bilmir. Belə aydın olur ki, QSC rəhbərliyi büdcədən ayrılan puldan 25 ton yükgötürmə qabiliyyətinə malik olan “kranlar” almaq üçün lazım olan məbləği götürür, lakin 7 ton yükgötürmə qabiliyyətinə malik texnika alaraq, pulları mənimsəyir. Sənədlər və pulun hara xərcləndiyini təsdiqləyən aktlar yerindədir, yerində olmayan alınan texnikanın keyfiyyəti və həcmidir.
“Rol arxasında oturmaq” üçün 3 və 5 min manat “bəxşiş”
4. “Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentində də ciddi maxinasiyalar baş verir. Məlumata görə, departamentin rəisi olan Səbuhi adlı şəxs (onun soyadına heç bir yerdə rast gəlmək mümkün deyil. Hətta QSC-nin rəsmi saytında belə Tikinti Departamenti bölməsi boşdur. Bunun özü də diqqət çəkən məqamdır) beton maşınlarının sürücülərini rüşvətlə işə götürməsi iddia olunur. Belə ki, böyükhəcmli yük maşınlarının sürücüləri “rol arxasında oturmaq” üçün 5 min manat, kiçikhəcmli yük maşınlarının sürücüləri isə 3 min manat rüşvət verməlidirlər. Bu “işəgötürmə” prosesinin də birbaşa Zaur Hüseynovun nəzarətində olduğu da şübhəli məqamlardan biridir.
1,5 milyonluq villa, restoran və yeni inşa olunan şadlıq sarayı
5. Z.Hüseynovun yeznəsi olan Tərlan adlı şəxs isə sözün əsil mənasında QSC-də at oynadır. Yeznənin Mərdəkanda 1,5 milyon manatlıq villası var. Z. Hüseynova məxsus “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Yaşıl Məkan” restoranını idarə edən Tərlan yeni şadlıq sarayı da inşa etdirir. Burada sual yaranır: Z. Hüseynov və yaxın ətrafı pulları haradan əldə edir? Yuxarıda göstərilən faktlar bu sualın cavabını aydınlaşdırır. Lakin hər şey bununla bitmir. Dövlət büdcəsindən milyonlarla pulu mənimsəyən QSC sədri Metropoliten işçilərinin əmək haqlarına da göz dikib.
İşçilərin əməkhaqlarına dikilən göz
6. Məlumatlara görə, işçilər öz hesablarına 6 aylıq müddətində məzuniyyətə göndərilir və onlara büdcədən ayrılan əmək haqları mənimsənilir. Bununla yanaşı, köhnə işçilər mənasız bəhanələrlə işdən çıxarılır, yerinə metro işində heç bir səriştəsi olmayan, lakin Z. Hüseynova və onun çevrəsinə yaxın olan şəxslər götürülür.
“Bakı Metropoliteni”ndə “vor v zakon” kimdir?
7. QSC sədrinin müşaviri olaraq tanınan Anar adlı şəxsin işçilərlə davranışı isə sözün əsil mənasında dəhşətlidir.
Burada haşiyəyə çıxaraq bir məqamı qeyd etmək istəyirik: “Bakı Metropoliteni” QSC-nin strukturunda müşavir vəzifəsi göstərilməyib. Amma Anar adlı şəxs bütün Metropolitendə “rəisin müşaviri” olaraq tanınır. “Zaur Hüseynov “müşavir” adında özünə dəstə yaradır?”. Bu sualı açıq olaraq qalır.
Lakin sualın bu formada yaranması təsadüfi deyil. Redaksiyamıza məlumat verən QSC əməkdaşlarından biri deyir ki, Anar işçilərlə “vor v zakon” kimi danışır.
“İşçilərə bildirir ki, istəyirsiniz şəhərli kimi danışaq, istəyirsiniz rayonlu kimi. Lap istəyirsiniz lotu kimi “voravoskoy” söhbət edək. Deyir ki, “mən “Sovetski” uşağıyam, şəhərdə böyümüşəm. İstənilən adamla hər cür söhbət edə bilərəm”. Hətta çox nalayiq ifadələr də işlədir”, – deyə adının çəkilməsini istəməyən şəxs bildirir.
Zaur Hüseynovun toyuq “hədiyyəsi”
8. Ən dəhşətlisi isə işçilərə göstərilən münasibətdir. Məlumata görə, Qurban Bayramında işçilərə verilməli olan mükafatlar mənimsənilib. Əvəzində hər işçiyə bir toyuq “hədiyyə” edilib. Bu, sadəcə, biabırçılıqdır.
Metropolitendə “həbs siyahısı”: Hüseynov səssizliyini pozacaqmı?
9. Hər şeyin belə davam edəcəyini demək isə çətindir. İşçilərdə yaranmış narazılıqla yanaşı, Z. Hüseynovu hədələyən bir məqam da var: Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən “Bakı Metropoliteni” QSC-nin Kadrlar İdarəsinin rəisi Azər İsmayılov həbs olunub. Onun otağı möhürlənib. Məlumata görə, möhürlənən kabinetdə yüzlərlə “maaş kartı” var. İşçilər arasında yayılan məlumatlara görə, A. İsmayılov intihar etmək də istəyib. Lakin bu alınmayıb. O, hər kəsə bəyan edib ki, həbs olunacağı təqdirdə özü ilə ən azından 15 nəfəri “içəri” aparacaq. Onların kim olduğu bilinmir. Lakin əminliklə demək olar ki, Z. Hüseynov həmin 15 nəfərin kimliyini yaxşı bilir. Və bəlkə siyahının başında onun adı var?!
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən “Bakı Metropoliteni” QSC-nin Kadrlar İdarəsinin rəisi Azər İsmayılovun həbs olunma xəbərinə sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə aydınlıq gətirmək istədik. Nəsimi Paşayev Miq.Az əməkdaşı ilə söhbətində bildirdi ki, deyilənlər həqiqətə uyğun deyil. Heç bir həbs hadisəsi baş verməyib. Əgər mənim cavabıma inanmırsınızsa onda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi ilə də əlaqə saxlaya bilərsiniz.
Bütün bunlara rəğmən, Z. Hüseynov susqunluğunu qoruyur. Belə bir misal var: “Hamı cənab fakt qarşısında şlyapasını çıxarır”. Hüseynovun güman ki, çıxarmağa şlaypasının olub-olmadəğını bilmirik. Amma indiyə qədər pozmadığını səssizliyi onun da bu faktlarla razılaşdığını deməyə əsas verir.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.