Yer planeti düşündüyümüzdən daha maraqlı və rəngarəngdir.
Qaynarinfo “Europaplus” saytına istinadən dünyadakı ən maraqlı və qeyri-adi 20 faktı təqdim edir:
1. Rusiyalı yazar Eduar Uspenskiyin icad etdiyi “Çeburaşka” personaji bir çox ölkələrdə yadplanetli hesab olunur.
2. Ağ balinanın ürəyi “Volkswagen Beetle” ölçüsündədir.
3. Nyu-Cersi ştatının Kreskill şəhərində bütün pişiklərin boynuna 3 zəng taxılır. Beləcə quşlar onların yaxınlaşdığından xəbərdar olurlar.
4. Metro eskalatorunun rezin qoltuqaltısı sərnişinin eskalatorda yuxuya getməməsi üçün fərqli sürətlə hərəkət edir.
5. Köpəkbalığı hələ doğulmamışdan əvvəl də təhlükəli ola bilər. Belə ki, alim Stüart Şpringer hamilə köpəkbalığının qarnını yoxlayarkən embrion onu dişləyib.
6. Timsahın çənəsindən çıxmaq üçün baş barmaqlarınızı onun göz almalarına sıxmaq lazımdır.
7. Buqələmun dili bədəninin uzunluğundan iki dəfə böyükdür.
8. Qaçışçı startdan ilk 10 metr məsafədə yarış avtomobilini qabaqlaya bilir.
9. Kolibri geriyə uça bilən yeganə quşdur.
10. Nəhəng Komodo kərtənkələləri hətta maral və qabanlara hücum edir.
11. Hər dörd amerikalıdan biri televiziyada göstərilib.
12. Sarı bülbül qırmızı bibərlə qidalanırsa, lələklərinin rəngi parlaq narıncıya çevrilir.
13. Balans və aerodinamik xassələri dəqiq saxlamaq üçün qartal bir qanaddan tük düşəndə digər qanaddan da eyni lələyi itirir.
14. Qoz qabığının çatlaması üçün onu 48 saat qaynar suya qoymaq kifayətdir.
15. Xeops piramidasının lövhələri arasına ülgüc belə salmaq olmur.
16. Sürücülər ovçulardan daha çox maral öldürürlər.
17. Siçovul beşmərtəbəli binadan heç bir zərər görmədən düşə bilər.
18. Əqrəbin üzərinə qoyulan kiçik bir damla spirt belə onu özündən çıxarır. Əqrəb özünü sancaraq öldürür.
19. Ən çox danışılan dil Çin dilidir. İkinci ən çox yayılan ispan dilidir. İngilis dili isə üçüncüdür.
20. Dünya əhalisinin 70%-dən çoxu heç vaxt telefon zəngi eşitməyib. Afrikada hər 40 nəfərdən yalnız birində telefon var.