Yeni Zelandiya Leyborist Partiyasının 37 yaşlı lideri Casinda Ardern ölkənin baş naziri postuna gətirilib.
Yeni Zelandiya Leyborist Partiyasının 37 yaşlı lideri Casinda Ardern ölkənin baş naziri postuna gətirilib.
Novator.az-ın məlumatına görə, sentyabrın 23-ü Yeni Zelandiyada parlament seçkisi keçirilib. Müxalif leyboristlər parlamentə 46 mandat alıb. Hakim Milli Partiya isə 56 yerə sahib ola bilib. Hökumət qurmağa 61 mandat gərək olduğu üçün koalisiya danışıqları aparılıb.
Casinda Ardern əvvəlcə parlamentdə 8 yeri olan Yaşıllar Partiyasının dəstəyini alıb, oktyabrın 19-da isə 9 mandata sahib Öncə Yeni Zelandiya Partiyası leyboristlərlə koalisiya hökuməti qurmağa razılaşıb.