YENİ  YARADILAN FOND STARTAPLARA 50-250 MİN DOLLAR  İNVESTİSİYA YATIRA BİLƏCƏKbackend

YENİ YARADILAN FOND STARTAPLARA 50-250 MİN DOLLAR İNVESTİSİYA YATIRA BİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Adətən startapçılarımız tez-tez bizdən soruşurlar ki, investisiyanı haradan əldə etmək olar. Nəhayət ki, belə bir Vençur fond bizdə də yarandı”

Tribunainfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib. Paylaşımda deyilir:
” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İRİA Agentliyi, PAŞA Holding, özəl şirkətlər (RİSK, BESTCOMP, SİNAM) və bir neçə fərdi sahibkarın iştirakı ilə “Caucasus Venture” Fondu təsis edilib.

Bu gün Fondun təqdimatı oldu. Büdcəsi 11 milyon manatdı. Fond toxum səviyyəsində, yəni ilkin inkişaf səviyyəsində olan 50-yədək startapları 5 il ərzində maliyyələşdirməyi hədəfləyib.

Məmməd Kərim Fondun direktoru təyin edilib.
Təqdimatda çıxış edən nazir Rəşad Nəbiyev cari ilin sonunadək startaplara və ekosistemə dəstək məqsədilə bir neçə qanunvericiliyə dəyişiklik ediləcəyini də açıqlayıb.

Bu məsələ ölkəmizdə hədsiz çox , təxminən 10 il ləngidi.
Qonşu ölkələrdə bu tip çoxsaylı fondlar uzun müddətdir aktiv işləyir.

Xatırlayıram ki, 2012-ci ildə biz ölkədə startap hərakatına başlayanda hökumətə verdiyimiz ən birinci təkliflərdən biri belə bir fondun yaradılması, bu istiqamətdə hüquqi bazanın formalaşması olmuşdu.
Bildiyim qədər, RİNN, ASAN və KOBİA nə qədər çalışsalar da ötən müddət ərzində vençur maliyyələşmə haqqında qanun layihəsini ortaya çıxarda bilmədilər.
Hələ də mənə qaranlıqdır ki, kimlər və nə üçün belə bir qanunun zamanında qəbuluna maneçilik törətdilər.
İstənilən halda, yeni qanunvericilik olmadan da RİNN və digər qurumların birləşərək belə fonda start verilməsi təqdirəlayiqdir.
Baxıram ki, hazırda STARTUP.az portalında 120 milli startapımız qeydiyyatdan keçib. 74 startap Startap şəhadətnaməsi alıb.
Ümid edirəm Fond ekosistemdə ciddi bir canlanma yaradacaq və startaplarımıza investisiya dəstəyi verən ciddi bir struktura çevriləcək”.