Yeni rüsum müəyyənləşib.
Tribunainfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, qanuna edilən yeni – 20.5-ci maddə ilə yeni rüsum dərəcəsi müəyyənləşib. Belə ki, təmərküzləşmə ilə bağlı ərizələrin araşdırılmasına görə 100 manat dövlət rüsumu tutulacaq.